!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Kredit borcuna görə ölkədən çıxışı qadağan olunan vətəndaşların..." - Fazil Mustafa

!Reklam – Yazi

Millət vəkili kredit borcuna görə ölkədən çıxışına qadağa qoyulmuş şəxslərin probleminin həllinə çağırıb.

Yenicag.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında Fazil Mustafa vətəndaşları narahat edən bəzi məsələləri qaldırıb:

“Azərbaycanda nümayəndəlik məsələsinin ləğvindən sonra əhaliyə hüquqi xidmətin göstərilməsində ciddi problemlər yaranıb. Əhali əvvəl nümayəndələrin vasitəsi ilə məhkəmələrdə öz hüquqlarını müdafiə edə bilirdisə, ancaq indi bunu vəkillər vasitəsi ilə etməlidir. Lakin əhalidə 500 manatlıq və daha artıq məbləğdə müqavilə bağlamaq imkanı olmadığı halda onlar məhkəmədə öz hüquqlarını müdafiə edə bilmirlər. Ona görə də Azərbaycan prezidentinin məhkəmə-hüquq sistemində apardığı müsbət islahatları nəzərə alaraq, nümayəndəlik institutunu bərpa etmək lazımdır”.

Millət vəkili kredit borcuna görə ölkədən çıxışına qadağa qoyulmuş şəxslərin probleminin həllinin də vacibliyini bildirib. Fazil Mustafanın sözlərinə görə, prezidentin sərəncamından sonra artıq kredit borcları silinib, bundan sonra sözügedən məsələlər operativ şəkildə öz həllini tapmalıdır.

www.yenicag.az

4805
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv