!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Kredit ittifaqları haqqında” qanunda dəyişiklik edildi - Prezident təsdiqlədi

!Reklam – Yazi

“Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.

Yenicag.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev qanunu təsdiqləyib.

Dəyişikliyə əsasən, “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununa 15-1-ci maddə əlavə edilir:

“Maddə 15-1. Mərkəzləşdirilmiş kredit reyestri və kredit büroları ilə kredit ittifaqları arasında məlumat mübadiləsi

15-1.1. Kredit ittifaqı hər bir borcalan haqqında məlumatı ən azı bir kredit bürosuna və Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi qaydada Mərkəzi Bankda yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə təqdim etməlidir.

15-1.2. Kredit ittifaqı tərəfindən borcalan barədə məlumatın kredit bürosuna təqdim edilməsi və kredit bürosundan alınması qaydası “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.”

www.yenicag.az

549
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv