Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Kredit kartı “bumu” necə iflasa uğradı? – Səbəb və nəticələr

Ölkənin bank sektorunda cərəyan edən neqativ proseslər səbəbindən dövriyyədəki plastik kartların sayı azalmaqdadır.

Yenicag.Az xəbər verir ki, 2017-ci il may ayında ümumi sayı 5 milyon 558 min ədəd olan ödəniş kartlarının sayı iyunda 50 min azalaraq, 5 milyon 508 minə bərabər olub.

Analoji dövrdə sosial kartların sayı 2 milyon 545 mindən 2 milyon 490 minə, kredit kartlarının sayı isə 566 mindən 562 min ədədə qədər azalıb.

Dünyanın əksər ölkələrində nağdsız ödəniş vasitələrindən istifadə imkanlarının genişləndirildiyi bir şəraitdə Azərbaycanda bu prosesin əks istiqamətə yönəlməsi ciddi narahatlıq doğurur.

Ölkədə cəmi bir neçə il əvvəl kredit kartı “bumu” yaşandığı halda, insanların hazırda yenidən nağd pul kütləsinə üstünlük vermələrinin səbəbi maraqlı görünür.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov Yenicag.Az-a açıqlamasında bildirib ki, müxtəlif növ plastik kartların sayında müşahidə olunan azalmalar bank sektorunda baş verən neqativ proseslərlə birbaşa bağlıdır:

“Eyni zamanda vətəndaşların banklara inamının azalması fonunda vəsaitlərini nağd şəkildə saxlamağa üstünlük vermələri də plastik kartların sayının aşağı düşməsinə gətirib çıxarıb.

Burada əsas səbəb isə kommersiya banklarının xüsusilə, bölgələrdəki filial və şöbələrinin sayını azaltmaları ilə bağlıdır. Banklar bununla öz xərclərinə qənaət etməyə çalışırlar. Bank filial və şöbələrinin ixtisar edilməsi isə nəticə etibarı ilə kartların sayının azalmasına gətirib çıxarır. Çünki bu, birbaşa kartların sayına təsir göstərən əsas faktordur.
Eyni zamanda, banklara olan inamın azalması da vətəndaşların bir qismini əlindəki vəsaiti bankda deyil, nağd şəkildə əldə saxlamağa üstünlük verməyə sövq edir.

Nəticədə də nağd vəsaitlərdən daha çox istifadə edilməyə başlanılıb. Nağdlaşdırma ilə bağlı məhdudiyyətlərdən sonra xüsusən də fiziki şəxslərin öz kartlarından istifadə etmələrində çətinliklər yaranıb. Bunun özü də plastik kartlara marağın azalmasna səbəb olub”.

ELÇİN
Yenicag.Az

www.yenicag.az

350
SFERA
VETENINFO
AZNEWS
MATC
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM