Kredit verilən tələbələrin sayı açıqlandı

Təhsil Tələbə Krediti Fondu fəaliyyətə başladığı gündən bu günə qədər olan statistikanı açıqlayıb.

Fonddan Yenicag.az-a bildirilib ki, bu günə qədər 21 min 8 tələbə kredit almaq üçün müraciət edib.

Onlardan 1165 nəfərin müraciəti natamam olub, 1217 nəfərin müraciəti emal mərhələsindədir. Habelə 5 min 248 nəfərin müraciətinə imtina cavabı verilib, 695 nəfərin müraciəti isə banka yönləndirilib.

Ümumilikdə 12 min 683 nəfərə təhsil tələbə krediti verilib. Onların arasından 4 min 724 nəfərin müraciəti sosial, 7 min 959 nəfərin müraciəti isə standart təhsil tələbə krediti olaraq rəsmiləşdirilib.