!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kreditlərə faiz məhdudiyyəti qoyuldu

!Reklam – Yazi

img1854724Azərbaycan Mərkəzi Bankı (AMB) kreditlər üzrə faiz dərəcələrinin yuxarı həddini tətbiq edib.

Bu barədə Trend-ə bank bazarındakı mənbə məlumat verib.

Mənbədən verilən məlumatda bildirilir ki, bu qərar ötən həftə qəbul edilib, yalnız istehlak və mikrokreditlərə tətbiq edilir.

AMB banklara istehlak kreditləri üzrə illik faiz dərəcələrinin 29, mikrokreditlər üzrə illik faiz dərəcələrinin 25 faizdən yuxarı olmamasını tövsiyə edib.

Tələb icra olunmadığı halda inzibati tədbirlər nəzərdə tutulmur. Buna baxmayaraq, ölkənin bütün bankları kreditlər üzrə faiz dərəcələrini AMB-nin təklif etdiyi səviyyəyə uyğunlaşdırmağa çalışır.

Hələ iyunun 29-da AMB istehlak kreditlərinin xidməti üzrə komissiya xərclərinin 1 faizədək azalması ilə bağlı təlimat verəndə bəzi banklar gəlirlərin azalmasını kompensasiya etmək üçün kreditlər üzrə faiz dərəcələrini artırmışdı. Ancaq belə bölgü AMB-ni qane etmədi. Çünki yekun məqsəd kreditlər üzrə faiz dərəcələrinin aşağı salınmasıdır.

Bununla əlaqədar olaraq AMB bank rəhbərləri ilə daha bir görüş keçirməli oldu. Məhz bu görüşdə kreditlər üzrə faiz dərəcələrinin yuxarı həddinə məhdudiyyətlər qoyuldu.

www.yenicag.az

486
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv