Kreml: “2022-ci ilin sülh müqaviləsi aktual deyil”

“2022-ci ilin mart-aprel ayları üçün nəzərdə tutulan sülh sazişi layihəsi artıq aktual deyil”.

Yenicag.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Şərtlər dəyişib. Artıq 2022-ci ilin mart-aprel ayları üçün nəzərdə tutulan sülh sazişi layihəsi aktual deyil”, – Peskov deyib.

Rusiya prezidentinin mətbuat katibi bildirib ki, sülh danışıqları “Londonun göstərişi ilə” Ukrayna tərəfindən dayandırılıb.

Bundan əvvəl “Wall Street Journal” 2022-ci ildə baş tutacaq Rusiya-Ukrayna danışıqlarının təfərrüatlarını dərc edib.

Qəzet qeyd edib ki, Kremlin bir çox tələbləri var: Ukraynanın NATO-ya daxil olmamasından tutmuş ordunun sayının azaldılmasına, xarici silahların tədarükünə qadağa qoyulmasına, Krım üzərində Rusiyanın nəzarətini qəbul etməyə və sair.

Xuraman Etibarlı

COP29