“Suriyanın keçmiş prezidenti Bəşər Əsədin boşanması, habelə onun ailəsinin Rusiyanı tərk etməsinə qadağa qoyulması ilə bağlı KİV-də yayılan məlumatlar reallığa uyğun gəlmir”.
Yenicag.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
O, jurnalistlərin Bəşər Əsədin həyat yoldaşının ondan boşanmaq və Rusiya Federasiyasını tərk etmək istəməsi ilə bağlı Türkiyə mətbuatında yayılan məlumatların doğru olub-olmaması ilə bağlı sualına, “Xeyr, uyğun gəlmir”, – deyə cavab verib.
“Al-Jazeera”, “The Jerusalem Post” və Türkiyənin “Habertürk” qəzeti bir gün əvvəl Əsədin həyat yoldaşı Əsmənin ondan boşanaraq Rusiyanı tərk edərək Britaniyaya getmək istədiyini yazmışdı. Media iddia edib ki, Əsədin həyat yoldaşı bunun üçün xüsusi icazə istəyib./unikal