Kreml bu ölkələrdəki ruslara müraciət etdi

Kreml Livandakı ruslara ölkəni tərk etməyi tövsiyə edib.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Aydınlaşdırılır ki, hazırda Livanda 3 minə yaxın Rusiya vətəndaşı var.

“Vətəndaşlarımıza İran və Livan ərazisini tərk etməyi tövsiyə edin. Bu, təhlükəsizliyi təmin etmək üçün lazımdır”, – deyə o, brifinqdə bildirib.