!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Kreml ekspedisiyası” Cocuq Mərcanlıda: Cənubi Qafqazda nə baş verir?

!Reklam – Yazi

Rusiya Dövlət Dumasının bir qrup deputatı və tanınmış ekspertləri Azərbaycanın cəbhə bölgələrinə səfər edib.

Yenicag.az xəbər verir ki, Dövlət Dumasının deputatı Dmitri Savelyev, Beynəlxalq Avrasiya Hərəkatının rəhbəri Aleksandr Duqin, ictimai xadim Maksim Şevçenko və hərbi ekspert İqor Korotçenkodan ibarət nümayəndə heyəti Cocuq Mərcanlı kəndində təşkil olunan “Azərbaycan – Rusiyanın Cənubi Qafqazdakı yeganə müttəfiqi” konfransında da iştirak ediblər.

Rusiyalı nümayəndələr daha sonra Qarabağda qoşunların təmas xəttinə yollanıblar. Onlar 2016-cı il Aprel döyüşləri zamanı erməni işğalından azad edilmiş Lələtəpə yüksəkliyinə də baş çəkiblər və Azərbaycan ordusunun əsgərləri ilə görüşüblər.

Məlumata görə, sözügedən konfransda çıxış edən Dmitri Savelyev Dağlıq Qarabağın və onun ətrafında işğal edilmiş rayonların qeyd-şərtsiz Azərbaycana qaytarılmalı olduğunu deyib:

“Bu gün Ermənistanda həm Rusiya, həm də Azərbaycana yönəlik qeyri-müəyyən siyasət yürüdülür. Münaqişənin həllində yaranmış böhran ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan ABŞ və Amerika ilə Avropada fəaliyyət göstərən erməni lobbisinin mövqeyi üzündən daha da dərinləşə bilər.

O baxımdan, “qayıq” daha güclü şəkildə yırğalana bilər. Rusiya münaqişənin sülh yolu ilə nizamlanmasının vacibliyini hər zaman bəyan edir. Dağlıq Qarabağ və onun ətrafında işğal edilmiş yeddi rayon qeyd-şərtsiz Azərbaycana qaytarılmalıdır”.

Konfrandsda çıxış edən Aleksandr Duqin də Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu bildirib. Duqinin sözlərinə görə, rusiyalı nümayəndələrin Qarabağa bu səfəri rəmzi xarakter daşıyır və Rusiya intellektuallarının problemə yanaşmalarını ortaya qoyur.

Konfransda iştirak edən və “Rusiya imperiyası”nın bərpası ideyasının daşıyıcısı olan ekspert Valeri Korovin isə Ermənistanın ABŞ tərəfindən işğal edildiyini vurğulayıb:

“Rusiyameylli Ermənistan Qərbin boğazında qalmış “sümük” idi. Nəticədə Ukrayna və Gürcüstanda tətbiq edilmiş ssenarini orada da həyata keçirdilər. Orada adi Maydan hadisəsi baş verdi. Onlar bunu “antikorrupsiya inqilabı” kimi təqdim etsələr də, baş verənlər adi “narıncı inqilab”dır.

Hazırda Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqinə çevrilib. Bu, faktdır”.

Konfransda çıxış edən Maksim Şevçenko isə bildirib ki, Nikol Paşinyan öz davranışları ilə Rusiya prezidenti Vladimir Putini çox qıcıqlandırır:

“Rusiya Qafqaz siyasəti olmadan marginallaşar – bu, onun üçün çox vacibdir. Rusiya ilə Azərbaycan bir yerdə olmağa məhkumdur. Xalqların tarixi ağır olub. Ancaq biz bu günü düşünərək, sabaha baxırıq. Ermənistanın yeni hakimiyyəti Vladimir Putini xeyli qıcıqlandırır. Bu, Nikol Paşinyanın Moskvaya səfəri zamanı açıq-aydın görünürdü.
Ölkələrimizin prezidentləri – Vladimir Putin və İlham Əliyev anlaşaraq, bir-birlərini başa düşürlər”.

Sonda qeyd edək ki, Cocuq Mərcanlıya təşkil olunan “Kreml ekspedisiyası” Ermənistanın Qərbə meyllənən yeni hakimiyyətinə qorxunc xəbərdarlıq kimi qiymətləndirilir. Rusiya bu dəfə Ermənistanın ondan uzaqlaşmaması üçün İrəvanı Azərbaycanla təhdid edir.

İllüziyalara qapılmağa ehtiyac yoxdur.

www.yenicag.az

3067
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv