Kreml Ərdoğanla Putin arasında görüşə dair açıqlama verdi

“Rusiya Prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında görüş olacaq”.

Yenicag.az “RIA Novosti”yə istinadla xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

O bildirib ki, görüşün dəqiq tarixi məlum deyil.

Daha əvvəl liderlərin avqust ayında görüşəcəkləri bildirilmişdi.