Kreml Əsəd-Ərdoğan-Putin görüşü ilə bağlı xəbərləri təkzib edib

15
Kreml Moskvada Türkiyə, Suriya və Rusiya prezidentlərinin görüşünün keçiriləcəyi barədə məlumatları təkzib edib

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov mətbuatda yayılmış xəbərlərin şayiə olduğunu bildirib.

Qeyd edək ki, Yunanıstan KİV-i Livan qəzetinə istinadən görüşün sentyabrın ortalarında keçiriləcəyini yazıb.

Yenicag.az