Kreml Latviyanı “çalxalayır” – Rusdilli məktəblər saxlanılacaq?

Postsovet ölkəsi olan Latviyanın Konstitusiya Məhkəməsi rusdilli məktəblərin latış dilinə keçirilməsi əleyhinə iddianı müzakirə edir.

Yenicag.az BBC-yə istinadən xəbər verir ki, Latviyada yaşayan rusdilli əhali ana dilində məktəblərin bağlanması əleyhinə aksiyalara başlayıb.

Latviyada həyata keçirilən təhsil islahatları çərçivəsində rusdilli məktəblərin bağlanması ölkədəki milli azlıq olan rusları hərəkətə gətirib.

Övladları özəl məktəblərdə oxuyan ruslar bu addımı onların təhsil hüququnun pozulması kimi qiymətləndiriblər.

Latviyada keçirilən təhsil islahatlarının təşəbbüskarı hesab edilən təhsil naziri Karlis Şadurskis isə rusların etirazına şərh vermək istəməyib: “Hələ ki şərh olunası heç nə yoxdur, görək, hadisələr necə inkişaf edəcək”.