Kreml NATO-ya xəbərdarlıq edib

Rusiya NATO-nun nüvə obyektləri ilə bağlı kəskin mövqe nümayiş etdirib.

Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib.

O qeyd edib ki, əgər alyans ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, onlar Rusiyanın hərbi hədəfinə çevriləcək.
Qeyd edək ki, Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq bir neçə gün əvvəl alyansın bloka üzv olan ölkələrin vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün bütün vasitələrə əl atmağa hazır olduğunu açıqlamışdı.

Mənbə: TASS

COP29