Kreml Paşinyanın cavabını verdi

Kreml Nikol Paşinyanın KTMT-in Minskdə keçiriləcək sammitində iştirakdan imtina etməsinə münasibət bildirib.

Yenicag.az Interfax-a istinadla xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Ermənistan Baş nazirininbu addımına təəssüfləndiklərini söyləyib.

“Əgər belədirsə, onda yalnız təəssüf hissi ifadə etmək olar. Belə görüşlər mövqeləri dəqiqləşdirmək üçün yaxşı səbəbdir”, – deyə Rusiya Prezidentinin mətbuat katibi vurğulayıb.

Qeyd edək ki, Paşinyan Belarus Prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığı zamanı KTMT-nin noyabrın 23-də Minskdə keçirilməsi planlaşdırılan sammitində iştirak edə bilməyəcəyini bildirib.