Kreml: “Rusiya nümayəndə heyəti bu axşam danışıqlar üçün Belarusda olacaq” – YENİLƏNDİ

“Rusiya nümayəndə heyəti martın 2-də axşama sarı danışıqların yeni raundunun keçiriləcəyi yerə gedəcək və Ukrayna nümayəndələri ilə görüşə hazır olacaq”.

Yenicag.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib.

Onun sözlərinə görə, Rusiya nümayəndə heyətinə yenə də ölkə Prezidenti Vladimir Putinin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək.

Lakin D.Peskov heyətə kimlərin daxil olduğunu açıqlamayıb. /Report/

*** 12:24

Ukrayna ilə Rusiya arasında keçirilən müzakirələrin bu günə planlanan ikinci raundu təxirə salınıb.

Yenicag.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

COP29