“Kreml yandırılmalıdır” – Trampı öldürməyə cəhd edən şəxs

Rayan Uesli Root adlı şəxs ABŞ prezidentliyinə namizəd Donald Trampa qarşı ikinci sui-qəsd cəhdində şübhəli bilinir.

Yenicag.az xəbər verir ki, bu barədə “Fox News” hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən yazır.

“Keçmiş prezident Donald Trampa qarşı ikinci sui-qəsd cəhdində şübhəli bilinən şəxs Rayan Uesli Rootdur. O, Trampdan 300-500 metr aralıda idi”, – deyə qeyd olunub.

Onu da əlavə edək ki, Root 2022-ci ildə X platformasında Ukraynada döyüş meydanında ölməyə hazır olduğunu bildirib: “Kreml yandırılmalıdır. Mən Krakovdan uçmağa və könüllü olaraq Ukrayna sərhədinə getməyə, döyüşüb ölməyə hazıram… Qoy nümunə olum, biz qalib gəlməliyik”.

CNN yazır ki, 2023-cü ildə o, öz “Facebook” səhifəsindən əcnəbiləri Ukrayna tərəfində müharibədə iştirak etməyə təşviq etmək üçün istifadə edib.

Qeyd edək ki, şübhəli artıq həbs edilib./unikal

COP29