ABŞ-nin Moskvadakı səfirliyinin yerləşdiyi meydanın adının dəyişdirilməsi təklif olunub.
Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, bununla bağlı müvafiq təklif Moskva hökumətinə təqdim edilib.
Məlumata görə, sözügedən təklifdə ABŞ-nin Moskvadakı səfirliyinin yerləşdiyi meydanın “Donbasın müdafiəçiləri meydanı” adlandırılması xahiş olunub.
Maraqlıdır ki, haqqında danışılan təklifə münasibət bildirən bir sıra deputatlar da bu ideyanı müsbət qiymətləndiriblər.
Bundan əvvəl isə Liberal-Demokrat Partiyası (RLDP) da analoji təşəbbüs irəli sürərək həmin meydana Jirinovskinin adının verilməsini təklif etmişdi.