Kremldən BRİKS açıqlaması: “NATO üzvlüyü maneə deyil”

Türkiyənin NATO-ya üzvlüyü BRİKS-ə qoşulmasına maneə deyil.

Yenicag.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib. O deyib ki, Türkiyə BRİKS-ə qoşularsa, Türkiyənin NATO-ya üzv olması iqtisadi blok üçün problem yaratmır.

Həmin gün NATO-nun baş katibi Mark Rutte Türkiyənin BRİKS təşkilatında iştirakının “Türkiyənin suveren haqqı” olduğunu bildirib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Tatarıstanın paytaxtı Kazanda keçiriləcək BRİKS sammitində iştirak edəcək. Türkiyə liderinin sammitdə Rusiya prezidenti Vladimir Putinlə BRİKS-ə üzvlük və “taxıl dəhlizi” sazişini müzakirə edəcəyi gözlənilir.

Nəsimi Ələsgərli

COP29