Kremldən Consonun Putin ilə bağlı dediklərinə REAKSİYA

Kreml Rusiya Prezidenti Vladimir Putinin Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson ilə telefon danışığı zamanı onu raketlə hədələməsinə münasibət bildirib.

Yenicag.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Consonun Baş nazir olduğu dövrdə telefon danışığı zamanı Putinin onu raketlə təhdid etməsini yalan adlandırıb.