Kremldən Putin və Paşinyan görüşü ilə bağlı AÇIQLAMA

Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında çərşənbə günü Moskvada baş tutacaq görüş hər iki tərəf üçün zəruri və gözləniləndir.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov açıqlayıb.

Onun sözlərinə görə, Aİİ tədbirinin yekun sənədlərini imzaladıqdan sonra Putin MDB iştirakçısı olan ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və Kuba prezidentinin şərəfinə qeyri-rəsmi şam yeməyi verəcək.

“İş gününün sonunda isə prezident Putinlə Ermənistanın baş naziri Paşinyan arasında ayrıca ikitərəfli görüş planlaşdırılır. Görüş hər iki tərəf üçün lazımdır və gözlənilir”, – Peskov bildirib.

COP29