Kremldən Qərbə TƏHDİD: “Məhv edəcəyik”

Rəsmi Moskva Qərbin Ukraynaya döyüş tankları göndərəcəyi təqdirdə, onların məhv ediləcəyini açıqlayıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov danışıb.

Peskov ABŞ-nin “Abrams” və Almaniyanın “Leopard” tanklarını Ukraynaya göndərməsinin “absurd” olduğunu söyləyib.

“Bu, texnoloji baxımdan uğursuz plandır”, – deyən sözçü bildirib ki, sözügedən tanklar da məhv ediləcək.

Qeyd edək ki, Almaniya hökuməti 14 ədəd “Leopard-2-A6” tankının Ukraynaya göndərilməsini qərarlaşdırıb.

COP29