Kremldən Türkiyədəki seçkilərlə bağlı açıqlama

Türkiyədə keçirilən seçkilərlə bağlı Kremlin sözüçüsü Dmitri Peskov açıqlama yayıb. 

Yenicag.az gazeta.ru-ya istinadən xəbər verir ki, Peskov seçkilərin nəticələrinin Rusiya -Türkiyə münasibətlərinə təsir etməyəcəyini bildirib.

O bildirib ki, Türkiyə şəffaf seçkiləri təmin etməyə və qanunsuz hərəkətlərin qarşısını almağa qadir olan dövlətdir:

“Rusiya ilə Türkiyə arasında əməkdaşlıq, həqiqətən, qarşılıqlı faydalıdır. Bu əməkdaşlıq hər iki ölkənin və xalqların maraqlarına cavab verir”.