Kremlə növbəti ŞOK: Avropa Parlamenti Rusiyanı terrora sponsorluq edən ölkə kimi tanıdı – QƏTNAMƏ

Avropa Parlamenti daxil olan təklifləri nəzərə alaraq, Rusiyanın terrora sponsorluq edən ölkə kimi tanınması haqda qətnamə qəbul edib.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, Avropa Parlamentində bu məsələnin müzakirəsindən sonra keçirilən səsvermədə deputatların mütləq əksəriyyəti müvafiq qətnaməni dəstəkləyib.

Məlumata görə, bu gün Strasburqda baş tutan plenar iclasda keçirilən səsvermədə Avropa Parlamentinin 494 deputatı qətnamənin lehinə səs verib. Parlamentin 58 deputatı qətnamənin əleyhinə çıxıb, 44 depuat isə bitərəf qalıb.

Qətnamədə Rusiyanın Ukraynanın mülki infrastrukturuna və yaşayış məntəqələrinə kortəbii zərbələr endirdiyi, bunun nəticəsində minlərlə insanın həlak olduğu bildirilib.

Bundan başqa, Rusiya hərbçilərinin Ukraynada müxtlif vəhşiliklər – işgəncələr, seksual zorakılıqlar, məhkəməsiz edamlar və adam oğurluğuna əl atdıqları qeyd olunub.