Rusiyanın 2023-cü il üçün dövlət büdcəsində hərbi xərclərin 40 faiz artırılması nəzərdə tutulur.
Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu barədə məlumat Böyük Britaniya kəşfiyyatının hesabatında əks olunub.
Qeyd olunur ki, bu il fevralın 24-də Ukraynaya hərbi təcavüzə başlayan Rusiyanın üzləşdiyi uğursuzluqlar, silah-sursat təminatında yaranan ciddi çatışmazlıqlar Rusiyanı hərbi xərcləri təqribən 2 dəfə artırmaq məcburiyyətinə gətirib.
Bildirilir ki, Rusiyanın tək noyabrın 16-da Ukraynaya atdığı 100-ə yaxın raketin ümuni dəyəri 820 milyard rubl (13,6 milyard dollar) təşkil edib.
Britaniya kəşfiyyatının məlumatına əsasən, Rusiyanın gələn il üçün dövlət büdcəsində hərbi xərclərin azı 40 faiz artırılması gözlənilir.