!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kremlin bitməyən ŞANTAJI: “Əgər Rusiya hər hansı təhlükə yaratmaq istəsə...” – Xəqani Cəfərli

!Reklam – Yazi

“Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bölgəyə səfəri də Rusiyanın öz maraqlarını qorumaq məqsədi daşıyır”.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycanın da daxil olduğu coğrafiyada Rusiyanın möhkəmlənmək cəhdlərinə münasibət bildirən politoloq Xəqani Cəfərli deyib.

Politoloq qeyd edib ki, Birinci və İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı yönəlmiş təzyiqlər, əsasən, şantaj xarakterlidir:

“Çünki postsovet məkanında ən azı dörd münaqişəli bölgə var. Əgər Qarabağın Azərbaycana məxsus olduğu rəsmən tanınarsa, digər bölgələrin də ərazi bütövlüyü tanınmalıdır.

Reallıq budur ki, Azərbaycanın müstəqil qərarlar qəbul etməsinə imkan verməyən qüvvələrin irəli sürdüyü fikirlərin heç bir ciddi əsası yoxdur. Digər tərəfdən, mövcud şəraitdə bölgəmizdə və beynəlxalq aləmdə bir qarışıqlıq hökm sürür.

İndiki şəraitdə Rusiyanın Qərblə, o cümlədən, postsovet məkanından Ukrayna, Moldova və Gürcüstanla ciddi qarşıdurma yaşadığı müşahidə olunur. Belə bir vaxtda siyasi mərkəzlər alternativ münaqişə ocaqlarının yaranmasında maraqlı deyillər.

Ona görə də Qarabağ və Ermənistana yönəlik çağırışların altında dövlətlərin öz mövqelərini gücləndirmək məqsədi daşıyır. Dünya ölkələrinin gəldiyi qənaət budur ki, Ermənistan daha Azərbaycan üçün təhlükə deyil. Əgər Rusiya hər hansı təhlükə yaratmaq istəsə, bunu Qarabağsız da edəcək. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bölgəyə səfəri də Rusiyanın öz maraqlarını qorumaq məqsədi daşıyır.

Necə ki, bu gün Ukrayna, Moldova, Belarus, Qazaxıstan Rusiyanın şantajlarına məruz qalmaqdadır. Rusiya ölkəmizə qarşı da şantaja əl atsa, bir mövzu tapacaq. Ona görə də bütün hallarda Azərbaycan tərəfi öz gücünün artırılmasına daha çox səy göstərməlidir”.

Gülşən Şərif

www.yenicag.az

485
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv