!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kremlin NATO-ya qarşı SAVAŞI: "Bu pulun qarşısında Rusiya nə qədər davam gətirə bilər?!"

!Reklam – Yazi

“Rusiya-Ukrayna müharibəsi daha ağır fazaya keçməkdədir. Hətta Belarusla Polşa arasında da müharibənin olacağı kimi ab-hava mövcuddur”.

Bu fikri Ukraynadakı ağır vəziyyəti, NATO-Rusiya qarşıdurmasını və münaqişənin dərinləşməsini şərh edən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında səsləndirib.

Yusif Bağırzadə bildirib ki, Rusiya Ukraynada NATO-ya qarşı döyüşür:

“Fevral ayında Rusiya-Ukrayna müharibəsinin bir ili tamam olacaq. Faktiki olaraq Rusiya Ukraynada aktiv 5 dövlətlə, passiv olaraq da NATO bloku ilə vuruşur. 8-ci Ramştey toplantısında 54 dövlət iştirak edirdi. Ondan başqa Buxarestdə G-7 dövlətlərin ədliyyə nazirləri görüşdülər. Rusiyanın beynəlxalq məhkəməyə verilməsi ilə bağlı hazırlıq gedir. İkinci Dünya Müharibəsindən sonra Haaqa məhkəməsi olmuşdu. İndi həmin məhkəmə kimi böyük bir məhkəmə prosesi baş verəcək. Bu, Rusiya Prezidenti Vladimir Putinin münaqişənin həlli üçün masaya oturmaq mümkündürsə oturaq dediyi ərəfədə baş vermişdi. Zelenski bəyanat verdi ki, heç bir danışıqdan söhbət gedə bilməz. Qoşunlar çıxarılsın, ondan sonra danışmaq olar.

Belarus müharibədə tərəf deyil. Belarusun aktiv surətdə müharibəyə qoşulmaması Lukaşenkonun xidmətidir. Amerikalı analitiklər də deyir ki, Lukaşenko unikal siyasət yeridir, bəyanat verir, ancaq müharibəyə qoşulmur. Digər tərəfdən isə NATO, ABŞ Polşaya böyük həcmli hərbi kontingent göndərir.

Bir tərəfdə Belarus, digər tərəfdə Polşa. Rusiya Belarusa silah göndərir, hətta iddialar var ki, Rusiya Belarusa nüvə başlıqları da yerləşdirib. NATO, ABŞ Polşaya hərbi yardım edir. Sanki Polşa ilə Belarus müharibəyə hazırlaşır.

8-ci Ramştey görüşü onu sübut etdi ki, NATO-ya daxil olan dövlətlər Ukraynanı tək qoymayacaq. Almaniya Ukraynaya müasir tanklarını verməyə razı olub. Bu onu göstərir ki, müharibə daha ağır fazaya keçəcək.

Lend-liz qanununun oktyabr ayında qüvvəyə minməsinə baxmayaraq, hələ o puldan istifadə olunmayıb. Əvvəl 40 milyard ayrılmışdı. Onun 20 milyardı dəyərində silah-sursat verildi. Daha sonra 3 milyard pul ayrıldı. O puldan hələ 20 milyard qalır. Bundan əlavə 45 milyard da var. Hələ Lend-liz qanunu da kənarda dayanır. Bu pulun qarşısında Rusiya nə qədər davam gətirə bilər?! Ukraynanın da, Rusiyanın da vəziyyəti pisdir. Müharibənin dayanmasını Türkiyə ilə Azərbaycandan başqa heç bir dövlət istəmir”.

Səxavət Məmməd

www.yenicag.az

732
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv