!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kremlin Qazaxıstan ssenarisi: "Nazarbayevin izlərini büsbütün silir"

!Reklam – Yazi

“KTMT Nazarbayevin bütün izlərini silmədən Qazaxıstanı tərk etməyəcək”.

Bunu yanvarın 19-dək bütün sülhməramlıların Qazaxıstanı tərk edəcəyi ilə bağlı gözləntini dəyərləndirən politoloq Turan Rzayev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) qüvvələrinin Qazaxıstanı tərk etməsi fonunda eks-prezident Nursultan Nazarbayevə yaxınlığı ilə tanınan şəxslərin, həmçinin birinci və ikinci dərəcəli qohumlarının vəzifədən getməsi diqqət çəkir:

“Əvvəl Nazarbayevin kürəkəni, kiçik qızı Aliyənin həyat yoldaşı “KazTransOil” SC-nin İdarə Heyətinin sədri Dimaş Dosanov və ortancıl qızı Dinaranın əri “Atameken” Milli Sahibkarlar Palatasının rəyasət heyətinin sədri Timur Kulibayev vəzifəsindən istefa verdi. Daha sonra isə Nazarbayevin böyük qızı Dariqa ilə qeyri-rəsmi nikahda olan “QazaqGaz” SC-nin İdarə Heyətinin sədri Kayrat Şaripbayevin səlahiyyətlərinə xitam verilib. Ötən gün isə Nazarbayevin qardaşı oğlu Samat Abiş Milli Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad edilib. Aydın məsələdir ki, Qazaxıstan prezidenti Qasım-Jomard Tokayev eks-prezident Nursultan Nazarbayevin Qazaxıstandakı bütün izlərini silmək niyyətindədir. Düzdür, bu ilk növbədə Kremlin tapşırığı olsa da, onun da maraqlarına uyğundur”.

Turan Rzayev qeyd edib ki, son istefalar fonunda Nazarbayev və klanının məğlub olduğu şübhəsizdir:

“Bu gün KTMT faktiki olaraq Tokayevə Nazarbayevin Qazaxıstandakı bütün izlərini silməyə yardımçı olur. Hətta hazırda Qazaxıstanda paytaxtın əvvəlki adının (Astana) qaytarılması üçün imza toplanmasına başlanılıb.

Fəallar, həmçinin şəhərin yerli hakimiyyət orqanlarından Nazarbayevin adını daşıyan küçələrə Qazaxıstanın “dövlətçiliyini, birliyini və müstəqilliyini vurğulayan” neytral adların verilməsini tələb ediblər. Məsələn, onlar Almatıdakı Nazarbayev prospektinə “Respublika” adının verilməsini xahiş edirlər. Bu proseslərin KTMT-nin Qazaxıstanı tərk edəcəyi tarix ərəfəsində baş verməsi onu deməyə əsas verir ki, Kreml təkcə Nazarbayevin siyasətini və kadrları deyil, onun izlərini büsbütün silir. Bu, həm də gələcəkdə Nazarbayevin başlatdığı milliləşmə hərəkatının yenidən canlanmaması üçün daxili auditoriyaya və siyasi elitaya verilən açıq mesajdır”.

Gülşən Şərif

www.yenicag.az

555
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv