Kremlin “rus məktəbi” DEMARŞI: Rusiya indi də Türkmənistanı hədəfə götürüb – VİDEO

Türkmənistanda rusdilli siniflərin bağlanması Moskvanı qəzəbləndirib.

Yenicag.az xəbər verir ki, Rusiyanın Xarici İşlər Nazirliyi (XİN) Aşqabad məktəblərində rusdilli siniflərin bağlanması ilə bağlı Türkmənistana nota göndərib.

Məlumata görə, Rusiyanın xarici siyasət idarəsi sözügedən notada Türkmənistanın ölkədə rus dilində təhsil sferasının ixtisarına imkan verməyəcəyinə ümidi ifadə olunub.

Qeyd edək ki, Azərbaycan və daha bir neçə ölkə istisna olmaqla, postsovet dövlətlərində rus dilində təhsil aradan qaldırılıb.

Aqil Bəkir