Kremlin “Taliban” PLANI: “Situasiya Əfqanıstan ərazisində inkişaf etdikcə…”

Rusiya Əfqanıstanda “Taliban”ın ölkə ərazisinin böyük hissəsini nəzarətə götürməsi ilə bağlı mövqeyini açıqlayıb.

Yenicag.az Rusiya mənbələrinə istinadən xəbər verir ki, Moskvanın bununla bağlı mümkün fəaliyyəti barəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov daınışıb.

Onun sözlərinə görə, Rusiya Əfqanıstanda cərəyan edən proseslərə hələ ki qarışmaq niyyətində deyil:

“Taliban”ın İran və Tacikistanla sərhəd postlarını ələ keçirməsi Əfqanıstanın ərazisində baş verdiyi üçün bu istiqamətdə hər hansı tədbir görməyə hazırlaşmırıq.

Bununla belə, Əfqanıstanda bütün tərəflərin sözdə razılaşdıqları siyasi prosesin tezliklə başlamasına dair mövqeyimizi bir daha təkrar edirik”.

Qeyd edək ki, Rusiya “Taliban”ı terrorçu təşkilat kimi tanıyır.