!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kremlin təhlükəli OYUNU: Donbasda neçə nəfərə Rusiya pasportu verilib? – ŞOK STATİSTİKA

!Reklam – Yazi

Rusiyanın işğal etdiyi Ukraynanın Donbas regionundakı qondarma Donetsk və Luqansk “xalq respublikaları”nda Rusiya pasportu almış şəxslərin sayı açıqlanıb.

Yenicag.az Rusiya mənbələrinə istinadən xəbər verir ki, 2019-cu ildən bu yana Donbasda yaşayan 611 min nəfər Rusiya vətəndaşlığına keçib.

Bu barədə məlumatı Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və soydaşlarla əlaqə komitəsinin sədri Viktor Volodarski açıqlayıb.

Onun sözlərinə görə, bu rəqəm son hədd deyil və Donbas əhalisi arasında arzulayanların çoxu ilin sonuna qədər Rusiyanın tamhüquqlu vətəndaşı ola bilərlər. Volodarski ehtimal edir ki, 2021-ci ilin sonunda Donbasda artıq 2 milyon şəxs Rusiya vətəndaşlığı alacaq.

Komitə sədri onu da bildirib ki, Rusiya vətəndaşlığı alan Donbas sakinləri artıq bu ilin sentyabrında keçiriləcək parlament seçkilərində iştirak hüququ əldə edəcəklər.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putinin 2019-cu il aprelin 24-də imzaladığı fərmana uyğun olaraq, Donbas əhalisinə Rusiya pasportlarının verilməsi prosedurları sadələşdirilib. O zaman Putin bu addımın sırf “humanitar məqsəd” daşıdığını iddia etmişdi.

www.yenicag.az

607
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv