Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç Ləyaqət İnqilabının qələbəsindən sonra Rusiyaya qaçması vətən xaini hesab edilib və onun öldürülməsi planlaşdırılıb.
Yenicag.az xəbər verir ki, bunu rusiyalı müxalifətçi, Dövlət Dumasının keçmiş deputatı, FSB-nin istefada olan polkovniki Gennadi Qudkov yerli KİV-lərdən birinə müsahibəsində deyib.
Qudkovun sözlərinə görə, həmin zaman Yanukoviç Putinin düşməni elan edilib:
“Putinin adamları Kremlin ətrafına qaçıb qışqırdılar: “Vitya bizi tərk etdi”, “Vitya bizi məyus etdi”, “Vitya bizə xəyanət etdi” və sonra, xatırlayırsınızsa, hər şey dərhal dayandı. Putin qərara gəldi ki, onlara hələ də Yanukoviçə lazımdır. Əgər (Ukrayna ilə bağlı) bir şey olarsa, hakimiyyətə kimi gətirmək olar? Onların düşündükləri kimi legitim şəxs yoxdur. Və o, narıncı inqilabdan (2004), Viktor Yuşşenkodan çox narahat idi. Bu, onun üçün çox böyük, nəhəng stress idi. Sonra Kreml Rusiyada narıncı inqilabın qarşısını almaq üçün ciddi işə başladı. Bu, əsas vəzifə idi”.
“Ukraynadakı inqilablar Putini qorxuya salıb və o, Yanukoviçi hakimiyyətə gətirmək üçün hər şeyi edib. Diktator Ukraynanı gələcək “Rusiya imperiyası”nın əsas hissəsi hesab edir”, – deyə o , bildirib.
Qudkovun sözlərinə görə, Yanukoviçi sonradan “bağışladılar” və onun hələ də Kremlə faydalı olacağına qərar verdilər.
Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilovun sözlərinə görə, Ukrayna Konstitusiya Məhkəməsinin keçmiş sədri Aleksandr Tupıtski Rusiyanın fevralın 24-də Ukraynaya hücumundan sonra qaçaq prezident Viktor Yanukoviçin legitimləşdirilməsində iştirak etməli idi/Unikal/