!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kremlin "Vardanyan" planı: "BBC-də çətin vəziyyətdə qalsa da, sabah..." - ŞƏRH

!Reklam – Yazi

“Ruben Vardanyan çox təhlükəli adamdır. Qarabağa gəldiyi 5 ay ərzində elə bir informasiya agentliyi, nəşr, televiziya qalmayıb ki, ora müsahibə verməsin. Arayik Arutyunyanın isə neçə illərdir orada olmasına baxmayaraq, bir dənə doğru-düzgün müsahibəsini görməmişik”.

Bu sözləri Ruben Vardanyanın BBC-yə müsahibəsində çətin vəziyyətə düşməsi, səsləndirdiyi iddialar və onun digərlərindən təhlükəli olmasını şərh edən politoloq Elxan Şahinoğlu Yenicag.az-a açıqlamasında deyib.

Elxan Şahinoğlu bildirib ki, Ruben Vardanyan Qarabağa gələndə Azərbaycana yaltaqlanırdı, gördü rəsmi Bakı onu qəbul etmir, başladı Azərbaycanı düşmən adlandırmağa:

“Verilişin xarakteri, aparıcının proqramı mürəkkəb suallardan ibarətdir. Verilişin adı elədir – “Hardtalk”, yəni mürəkkəb diskussiya, dialoq. Aparıcı Ruben Vardanyana mürəkkəb suallar verirdi, o da çaşıb qalmışdı. Aparıcı mənə istinadən sual verdi ki, Elxan Şahinoğlu sizi Kremlin adamı hesab edir, rəsmi Moskvanın təlimatı ilə göndərilmisiniz. Əsəbiləşdi. Başladı nağıl danışmağa. Dedi, mən elə bilirdim siz mənə Qarabağdakı vəziyyətlə bağlı suallar verəcəksiniz. Hətta Ukrayna ilə bağlı suala da cavab verə bilmədi. Pis vəziyyətdə qaldı. Aparıcı ondan konkret mövqe istədi. Ruben Putini ittiham edə bilmədi, çünki onunla yaxın olub. Eyni zamanda Ukraynanın işğalını da dəstəkləyə bilməz. Çünki Fransadan ümidlə danışır. Onda gərək Qərblə münasibətləri pisləşsin. Amma pullarının əsas hissəsi Qərb banklarındadır. Ona görə də 25 dəqiqə ərzində çıxılmaz vəziyyətdə qaldı.

Yenə o fikrimdə qalıram, Kreml Ruben Vardanyanı Qarabağa ona görə göndərmişdi ki, düşünürdü Azərbaycan haqqında cinayət işi açıldığına görə Arayik Arutyunyanla təmasa keçməyəcək.

Fikirləşib elə bir tanınmış ermənini göndərək ki, separatçı olmasın, müharibədə iştirak etməsin, rəsmi Bakı onunla təmasa keçsin, onun reytinqi artsın. Daha sonra Köçəryan kimi Qarabağdan Ermənistana göndərər, seçki keçirib Paşinyanın yerində oturdarıq. Birinci mərhələdə Vardanyan “vuruldu”. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də dedi ki, o adamla görüşməyəcəm, təmas olmayacaq. Təzə gələndə Azərbaycana yaltaqlanırdı. Gördü ki, qəbul edilmir, başladı Azərbaycanı düşmən adlandırmağa, “Artsax”ın müstəqilliyindən danışmağa.

Ermənilər arasında fikir ayrılığı dərinləşib. Balasanyanın da uzaqlaşdırılması təsadüfi deyil. Balasanyanın özü də əsəbiləşə bilərdi ki, Qarabağda doğulmayıb oranı tanımayan Ruben Vardanyan kimdir ki, gəlib ona əmr edir. Ona görə də onu uzaqlaşdırdılar.

Ruben Vardanyan siyasətdə naşıdır. O alverlə məşğul olub, səhimlər alıb, səhimlər satıb. Siyasətdən başı çıxmır. Onu əmrlə Xankəndinə göndəriblər. Bilmir indi nə etsin.

Onu da deyim ki, Ruben Vardanyan çox təhlükəli adamdır. Ruben Vardanyan sentyabr ayının 3-də Qarabağa gəlib. 5 ay ərzində elə bir informasiya agentliyi, nəşr, televiziya qalmayıb ki, ora müsahibə verməsin. Arayik Arutyunyanın isə neçə illərdir orada olmasına baxmayaraq, bir dənə doğru-düzgün müsahibəsini görməmişik. Ruben tanınmış fiqurdur. BBC-də çətin vəziyyətdə qalsa da, sabah CNN-ə çıxaracaqlar. O, çıxırsa, Tural Gəncəliyev niyə çıxmasın? Tənqid etməyi yaxşı bacarırıq, özümüz deyib, özümüz eşidirik, ancaq fəal olmalıyıq.

Hesab edirəm ki, diplomatlarımız fəallaşmalıdır. Onları yerli mətbuatda tənqidlə uzağa gedə bilmərik”.

Səxavət Məmməd

www.yenicag.az

469
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv