Krım körpüsü bağlandı

Krım körpüsündə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq bağlanıb.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

“Körpüdə olan sürücülərdən sakit olmaları və nəqliyyat təhlükəsizliyi əməkdaşlarının göstərişlərinə əməl etmələri xahiş olunub”, – KİV-lərin birində qeyd olunub.

Körpüdə hərəkətin dayandırılmasının səbəbi açıqlanmır. Heç bir tıxac qeydə alınmayıb.