Rusiyanın ilhaq etdiyi Krımın Sovet rayonu Puşkin kənd sakinləri Mustafa və Lenara Mustafayevlərin evində axtarış aparılıb.
Yenicag.ru-nun məlumatına görə, bu barədə “Krım həmrəyliyi” qrupu sosial şəbəkələrdə məlumat yayıb.
Qeyd edilir ki, Lenara Mustafayeva ibtidai sinif müəllimidir və həmçinin, tatar dilindən dərs keçir. Digər məlumata görə, Mustafa Mustafayevin anasının evində də axtarışa başlanılıb.
Axtarışların səbəbi hələlik məlum deyil.
“Krım həmrəyliyi” qrupunun yaydığı məlumatda bildirilir:
“Mustafa Mustafayevi və onun oğlunu aparıblar. Yerli sakinlərin kəskin etirazına baxmayaraq, Mustafayev güclə maşına oturdulub. Əməliyyatçılar qəzəblənən şəxslərə “o özü belə istəyib” deyiblər. Xatırladaq ki, Rinar Paralamov həbs olunanda da hadisələr belə inkişaf etmişdi.
Bundan başqa, “FSB” (Federal Təhlükəsizlik Xidməti – red.) əməkdaşlarının axtarış tədbirləri məqsədi ilə Lenara Mustafayevanın Juravki kəndində yaşayan bacısının evinə yollandıqları barədə məlumat da daxil olub. Yerlərdəki fəalların bu məlumatı dəqiqləşdirməsini gözləyirik”.