“Ukrayna Silahlı Qüvvələri Krıma yalnız havadan hücum edə biləcək, çünki yarımadaya qurudan hücum imkanları çox məhduddur”.
Yenicag.az-xəbər verir ki, bunu URA.ru-ya hərbi ekspert, ehtiyatda olan polkovnik Mixail Timoşenko deyib.
O, bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Krımı quru yolu ilə götürməsi çətin məsələdir, çünki yarımadaya iki ensiz yol var:
“Körpüdən danışmaq olmaz, çünki lazım gələrsə, o da dağıdıla bilər. Bəs quru yolla necə irəliləmək olar? Krıma irəliləmək üçün Ukraynada yol yoxdur. Buna görə də Krıma hücum etməyin yeganə yolu pilotsuz təyyarələrdir”.