Krımda dəmir yolunda partlayış baş verdi

Krımda dəmir yolunda partlayış baş verib.

Yenicag.az “Baza”ya istinadən xəbər verir ki, dəmir yolu xətti Baxçasaray yaxınlığında partladılıb. Təxribat nəticəsində bir neçə vaqon relsdən çıxıb.

Simferopol – Sevastopol istiqamətində elektrik qatarlarının hərəkəti dayandırılıb.