Krımda fövqəladə rejim tətbiq edildi

Kerç boğazında tankerlərlə fövqəladə vəziyyətdən sonra baş vermiş neft sızmasının nəticələrini aradan qaldırmaq üçün Krımda fövqəladə vəziyyət tətbiq edilib.

Yenicag.az xəbər verir ki, bu barədə Krım rəhbəri Sergey Aksenovun müvafiq fərmanında deyilir.

Qeyd edək ki, dekabrın 15-də Kerç boğazında “Volqoneft 212” və “Volqoneft 239” tankerlərinin qəzaya uğraması nəticəsində neft məhsulları Qara dənizə sızıb./axar.az