Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

“Krımda rus “Gestapo”su yaradılıb” - Rafis Kaşapov

Reklam: High Technic

“Tatarlar işğal olunmuş Krımdakı Ukraynayönümlü əhalinin əhəmiyyətli hissəsini təşkil edirlər”.

Bu fikirləri Yenicag.ru-ya müsahibəsində tatar hüquq müdafiəçisi, “Azad İdil-Ural” Hərəkatının həmtəsisçisi Rafis Kaşapov deyib.

– Krımda indi nələr baş verir? Oradakı vəziyyəti necə qiymətləndirirsiz?

– Düzü, Krımda rus “Gestapo”su yaradılıb. Bu il martın 27-də Rusiya “NKVD”-sinin – Federal Təhlükəsizlik Xidmətinin – əməkdaşları işğal olunmuş Krımda 25 tatar ailəsinin evində axtarış aparıblar. Biz Krımdakı Rusiya “Gestapo”sunun saxta “təxribat” ittihamı ilə həbs etdiyi Ukrayna vətəndaşı Yevgeni Panovu ilk günlərdə dəmir çubuqlarla necə döydüklərini hələ xatırlayırıq.

“NKVD” – FTX əməkdaşları yaxşı bilirlər ki, “Hizb ut-Təhrir” Avropa və Asiyada terror təşkilatı kimi tanınmayıb. Eyni zamanda, Avropa İnsan Haqları Məhkəməsi də həmin təşkilatın terrorçu olmadığı haqda qərar çıxarıb.

Krımlıların danışdıqlarına görə, bu, Krımın işğalından ötən beş ildə Putinin rus-faşist rejiminin həyata keçirdiyi insan hüquqlarının ən kütləvi pozuntusudur. Rus işğalçı şovinistləri Krım tatarlarının “terrorçu” obrazını yaratmağa çalışırlar. Deyə bilərik ki, Ukrayna və Krımda hərbi-polis təcavüzü həyata keçirən Rusiyada saxta “Putin-Göbbels” təbliğatı sayəsində “məxməri faşizm” cücərib. İndiki Rusiyanın əsas faşisti Putinin özüdür.

– Məclis bu hadisələrlə bağlı bəyanat verib?

– Mən Məclisin sədri Refat Çubarova təklif edərdim ki, o, cinayətkar Putinin, eləcə də onun nazirlərinin və generallarının Ukraynada və Krımda həyata keçirdikləri repressiyalara görə cinayət məsuliyyətinə cəlb edilərək, Haaqa tribunalı qarşısına çıxarılmalarına nail olsun.

– Krımdan tatarların köçü ilə bağlı vəziyyət nə yerdədir? Repressiyaya məruz qalanlar hara üz tuturlar? Ukraynanın başqa vilayətlərinə, Türkiyəyə, yoxsa başqa yerlərə?

– Rusiya hakimiyyəti tatarların Krımı tərk etmələrində maraqlıdır və Kreml tatarların yarımadadan getmələri üçün böyük pullar sərf etməyə də hazırdır. Çünki tatarlar işğal olunmuş Krımdakı Ukraynayönümlü əhalinin əhəmiyyətli hissəsini təşkil edirlər. Ona görə də Krım tatarları repressiyalara məruz qalırlar və onlar əsasən, Ukrayna və Türkiyəyə gedirlər.

– Sizcə, Rusiyanın Krım tatarlarına qarşı diskriminasiya siyasətinin qarşısını ala biləcək mexanizm varmı? Rusiya hakimiyyəti nəyə nail olmaq istəyir?

– Gördüyüm yeganə çıxış yolu budur ki, Ukrayna hərbi-texniki yardım xahişi ilə NATO-ya müraciət etməlidir. Krım və Donbas məsələsini yalnız bu yolla həll etmək olar.

Qafqaz Ömərov

www.yenicag.az

1162
SFERA
VETENINFO
AZNEWS
MATC
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM