!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Krımı Ukraynaya kim verib?

!Reklam – Yazi

photo_662160 il əvvəl 1954-cü ilin yanvarından aprelinə kimi Kremldə baş verən hadisələr Krımın RSFSR-dan Ukraynaya verilməsi ilə bağlı yaranan gizli münaqişələrə gətirib çıxarırdı. İndiyə kimi mətbuatda bu haqda bir çox suallar yaranırdı ki, onların da heç birinin ciddi əsasnaməsi yox idi. Həmin məqalələrin əsasını təşkil edən əsas tezis “Xruşşov Krımı Ukraynaya qanunsuz verdi” başlığı idi.

Əslində bu mübahisəli yarımadanı qonşu respublikaya kim verirdi? Hüquqi nöqteyi-nəzərindən baxsaq hakimiyyət orqanları qanuni hərəkət edirdi. Lakin problemlə bağlı olan bütün sənədlər tədqiqatçılara çatırdımı? Məhz bu suallara arxiv sənədlərinə, bəzi mənbələrə əsaslanaraq cavab verməyə çalışacağıq…

Məxfi partiya təşəbbüsü

1954-cü il yanvarın 25-də Sovet İttifaqı Kommunist Partiyasının MK-nin Rəyasət heyətinin iclası keçirilib. Həmin iclas zamanı tarixçilər ilk dəfə olaraq bu məsələni müzakirə edir. Və beləliklə, həmin ilin 28 aprelində SSRİ “Krımın RSFSR-nın tərkibindən çıxarılıb Ukraynaya verilməsi haqqında” qanun qəbul edir. Bütün bu proseslər üçün isə cəmi 3 ay lazım idi.

1952-ci ildə hələ Stalinin dövründə yaradılmış Sovet İttifaqı Kommunist Partiyasının MK-nin rəyasət heyəti plenumlararası partiyanın dövlət işləri məşğul olurdu. 1953-cü ilin martında həmin heyətin tərkibinə Beriya, Bulqanin, Voroşılov, Malenkov, Kaqanoviç, Mikoyan, Molotov, Pervuxin, Saburov və Xruşşov kimi üzvlər daxil olur. Ən maraqlısı odur ki, Mikoyandan başqa həmin heyətin bütün üzvləri 10 il ərzində ya güllələnib, ya partiyadan xaric edilib, ya da “nevroz” diaqnozu ilə təqaüdə göndərilib.

Beləliklə, 1954-cü il yanvarın 25-dən Sovet İttifaqı Kommunist Partiyasının MK-nin rəyasət heyətinin iclasının 11 nömrəli bəndinin gündəliyində Krım ərazisinin RSFSR-nın tərkibinə keçirilməsi məsələsi yenə də əsas məsələlərdən biri kimi gündəmdə qalır. Rusiyanın Prezident Aparatının arxivində sözügedən iclasın protokolu 3 variantda saxlanılır. Onların 2-si qaralama, digəri isə orijinal versiyadır. İclas zalında Molotovdan başqa MK-nin rəyasət heyətinin bütün üzvləri iştirak edirdi və həmin namizədlərdən biri də Malenkov idi. MK-nin katibləri iclasa gəlsə də, iclasa sədrliyi Xruşşov yox, Malenkov edirdi.

Krım məsələsi haqqında Sovet İttifaqı Kommunist Partiyasının MK qətnamə qəbul edir və bu sənəd məxfiləşdirilir. Həmin çıxarış Xruşşova, Voroşılova, RSFSR Ali Sovetinin Rəyasət heyətinin sədri Tarasova, USSR Korotçenko Ali Sovetinin Rəyasət heyətinin sədrinə, həmçinin Ukrayna Kommunist partiyasının MK-nin rəhbərliyinə göndərilir. Göndərilmiş sənədlər 7 gün ərzində MK-nin Rəyasət heyətinin dəftərxanasına qaytarılmalı idi.

Əsas qanunun əksinə

Stalinin dövrü və ondan sonraki ilk illəri müqayisə etsək görərik ki, əhalinin problemləri daha çox nəzərə alınırdı. Stalinə məktublar yazılırdı, mətbuatda müxtəlif sahənin insanların çıxışları tez-tez dərc olunurdu.

1954-cü ildə SSRİ-də üçlü hakimiyyət var idi: Molotov, Xruşşov və Malenkov. Lakin bu üçlük əhalinin fikrini yönəltdiyi əsas məsələ olan Krım haqqında düşünmürdülər. Təsəvvür edin ki, onlar 10 illik məsələni 15 dəqiqə ərzində rəyasət heyətinin iclasında həll edir. Həmçinin qeyd edim ki, prosesdə RSFSR və USSR əhalisinin iştirakı rədd edilir və bütün qəbul edilmiş qətnamələr tam məxfiləşdirilir.

Tələsən təndirə düşər…

Partiya rəhbərləri çox tələsirdi, ona görə bir sıra səhvlərə yol verirlər. Məsələn, onlar krım tatarlarının mümkün qaydışını pronozlaşdırmamışdı. Xüsusilə MK Rəyasət heyətinin üzvlərinin ağlına gəlməzdi ki, Rusiya və Ukrayna nə vaxtsa müstəqil dövlət olacaq. Strategiya düz olsa da, mürəkkəb idi. Rəhbərlər isə bunun öhdəsindən gələ bilərdi, lakin həll edə bilmirlər.

25 yanvar 1954-cü ildən bəri imzalanan bütün sənədlər elə kağız üstündə qalmaqdan başqa bir işə yaramırdı. Lakin fevralın 5-də Rusiyanın Nazirlər Şurasının intizamlı əməkdaşları RSFSR-nın Ali Sovetinin rəyasət heyətinə Krım yarımadasının RSFSR-nın tərkibindən USSR-nın tərkibinə keçirilməsi haqqında müraciət göndərib. Və bütün həqiqətlər öz reallığı ilə ortaya çıxsın.

Nəzərə alsaq ki, həmin dövrdə Nazirlər Şurası RSFSR-ya qanunsuz müraciət edirdi, həmçinin RSFSR-nın rəyasət heyəti ərazi məsələləri üzrə sualları qəbul etmirdi. Digər tərəfdən də RSFSR Ali soveti hər hansı ərazini başqa respublikaya vermək hüquqlarına malik deyildi. RSFSR Ali sovetinin səlahiyyətlərinə sadəcə yeni ərazilərin yaranması daxil idi. Ona görə Rusiya Ali soveti Krım haqqında heç bir qanun vermək hüququna malik deyildi.

Sənədlər təsdiq edilməyib!

Hər kəs bilir ki, bəzi qanunlar, fərmanlar (məxfilər istisna olmaqla) və sovet dövrünün yüksək hakimiyyət orqanlarının qətnamələri sadəcə qanuni idisə dərc olunurdu. Bundan başqa Ukrayna Ali sovetinin qətnaməsi faktiki olaraq qeyri-qanuni idi. Rusiyadan fərqli olaraq, Ukrayna qanunu heç mərkəzi qəzetlərdə dərc etməmişdi. 19 fevral 1954-cü il SSRİ Ali sovetinin Rəyasət heyətinin iclasında Ukrayna Ali sovetinin Rəyasət heyətinin sədri Demyan Korotçenko çıxış edirdi. İclasın stenoqramında qətnamənin mətni olsa da, bu çıxış da digərləri kimi hüquqi gücə malik deyildi.

Kliment Voroşılov və Nikolay Peqovun imzaladığı SSRİ Ali sovetinin Rəyasət heyətinin fərman yenə də hansısa mifik “birgə təqdim etmə” haqqında idi. Təəssüf ki, həmin tədbirin bütün iştirakçıları çoxdan dünyasını dəyişib. Biz onlardan bu sadə sualların cavablarını ala bilərdik. Məsələn, “onlar saxta və ya heç ümumiyyətlə, mövcud olmayan sənədi necə imzalayıb?” kimi. Onlar bir növ Krım problemini bizə girov qoyub getdilər.

Xruşşovun müdaxiləsi – bu sadəcə versiyadır!

Krım haqında bir çox versiyalar var. Lakin niyə məhz 1954-cü il? Niyə sırf həmin ildə Krım Ukraynaya verilir? Bu sualın cavabı Nikita Sergey Xruşşovun tərcümeyi-halında yazılan faktlara əsaslanır. Gəlin ən tez-tez rastımıza çıxan variantlara baxaq:

– “Xruşşov Krımı Ukraynaya kompensasiya kimi verdi. Çünki 30-cu illər kütləvi repressiyalar dövrü idi”. Həqiqətən Xruşşov 1938-ci ildən 1949-cu ilə qədər Ukrayna Kommunist partiyasının MK-nin I katibi idi. Təbii ki, kütləvi repressiyalar onun iştirakı olmadan keçmirdi. Amma arxivlərdə Xruşşovun imzasına rast gəlmək mümkün deyil. Bəzi tədqiqatçılar hesab edir ki, bütün arxivlərin təmizlənməsi haqqında tapşırıqlar verilib.

– “Xruşşov 1944-cü ilin fevralından 1947-ci ilin dekabrına kimi Nazirlər Şurasının sədri idi. Və güman edilir ki, məhz həmin dövrdə Krımı Ukraynaya vermək haqqında qərar qəbul edir. Bu versiya reallığı daha çox əks etdirir.

– “1953-cü ilin sentyabrında Xruşşov Sovet İttifaqı Kommunist Partiyasının MK-nin I katibi olur və ona güclü Ukrayna partiya təşkilatının dəstəyi lazım gəlir”.

Əgər arxiv sənədlərini araşdırsaq onda Krımın Ukraynaya verilməsində Xruççovun heç bir şəxsi marağının olmadığını görərik. O bu məsələdə heç bir sənəd imzalamırdı, SSRİ Ali sovetinin Rəyasət heyətinin iclasında çıxış etmirdi. Heç onun Sovet İttifaqı Kommunist Partiyasının MK-nin rəyasət heyətinin müzakirəsində bilavasitə iştirak etdiyi belə dəqiq deyil. O, bu işə təşəbbüs etmək və tək başına həll etmək itidarında deyildi. Və bütün qərarları ən azı Molotov və Malenkovla verməyə məcbur idi. Buna görə böyük ehtimalla verilmiş qərar kollektiv idi.

Hadisələr yarım əsrdən çoxdur ki, davam edir. Əslində referendum nəticəsində Krımın Rusiyaya verilməsi haqqında qərar qəbul edilib. Lakin BMT-in digər üzvləri Ukraynanın torpaq bölünməzliyi qərarını tanımır(atvxəbər).

www.yenicag.az

925
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv