“Krımın işğalını tanımadıq, tanımayacağıq” – Mövlud Çavuşoğlu

Mövlud Çavuşoğlu Krımın işğalının Türkiyə tərəfindən tanınmayacağını bildirib.

Yenicag.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Kiyevdə 44 dövlətin və nüfuzlu beynəlxalq qurumların təmsilçiliyi ilə keçirilən Krım Platformasının işə başlamasından əvvəl jurnalistlərin suallarını cavablandırıb.

Çavuşoğlu Türkiyənin Krımın işğalı ilə heç zaman barışmayacağını qeyd edib:

“Krımın illeqal şəkildə ilhaqını tanımadıq və tanımayacağıq. Bunu hər zaman qeyd edirik. Krım və Ukraynanın ərazi və sərhəd bütünlüyünü digər dost və müttəfiq ölkələrlə dilə gətiririk, dəstəyimizi vurğulayırıq”.