“Krımın Ukraynaya geri qaytarılması beynəlxalq hüququn tələbidir” – Ərdoğan

“Kırım tatar soydaşlarımızın təhlükəsizliyini təmin etmək Türkiyənin prioritetləri arasındadır”

Yenicag.az TRT-yə istinadən xəbər verir ki, bu fikirləri “Krım platforması”nın 2-ci Sammitində çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Gələcəkdə də bu platformanın çalışmalarına dəstək verməyə davam edəcəyik. Türkiyə Krımın ilhaqını tanımamaqla birlikdə, bu addımın qeyri-qanuni və hüquqazidd olduğunu ilk gündən bəri müdafiə edir. Bu sadəcə hüquqi deyil, əxlaqi təməlləri olan prinsipial mövqedir. Krımın ayrılmaz hissəsi olan Ukraynaya geri qaytarılması beynəlxalq hüququn tələbidir”, – deyə Ərdoğan qeyd edib.