!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Krımın Ukraynaya qaytarılması beynəlxalq hüququn tələbidir" - Ərdoğan

!Reklam – Yazi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan IV Krım Platforması Liderlər Zirvəsinə videomüraciət göndərib.


Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Ərdoğan builki sammitin Krım tatar xalqının sürgününün 80-ci ildönümünə təsadüf etdiyini xatırladıb: “Türkiyənin ilk gündən qarşı çıxdığı və tanımadığı Krımın ilhaqı iztirabları daha da dərinləşdirib. Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə dəstəyimiz sarsılmaz olaraq qalır. Krımın Ukraynaya qaytarılması beynəlxalq hüququn tələbidir”.

Türkiyə lideri Krım tatar türklərinin öz vətənlərində azad, təhlükəsiz və dinc yaşamaq haqqına sahib olduğuna diqqət çəkib: “Krım Tatar Milli Məclisinin sədr müavini Neriman Cəlalın üç ilə yaxın əsirlikdən sonra iyun ayında azad edilməsi sevindirici haldır. Asan və Əziz Ahmetov qardaşları da daxil olmaqla, bütün Krım tatar soydaşlarımızın ən qısa zamanda azadlığa buraxılmasını gözləyirik”. /unikal

COP29

www.yenicag.az

118
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv