!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kriminal aləmin “Qoca”sı 3 oğlu ilə birgə tutuldu

!Reklam – Yazi

171155_res_01Bərdə rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan bir ailənin 4 üzvü saxlanılıb.

Rayonun Zümürxan kəndində ata və 3 oğlu tutulublar.

Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) baş müstəntiqi Vəkil Əsgərov bildirib ki, keçirilən əməliyyat tədbirləri nəticəsində Bərdə rayon sakini, 30 yaşlı Elgiz Məmmədov qardaşı, 24 yaşlı Mənaf Məmmədovla birlikdə rayon sakini Elçin Əliyevə narkotik maddə satarkən “iş başında” saxlanılıblar. Bundan sonra Məmmədovların yaşadıqları evə baxış keçirən polis əməkdaşları saxlanılan şəxslərin ataları, 49 yaşlı Ədilxan Məmmədovun və saxlanılanların daha bir qardaşı, 33 yaşlı Samir Məmmədovun otağından 1 kq 200 qram qurudulmuş marixana və 16 kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana aşkar ediblər.

Polisin məlumatına görə, 30 yaşlı Elgiz Məmmədov kriminal nüfuza malik şəxsdir o, el arasında “Qoca” ləqəbi ilə tanınır.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

www.yenicag.az

479
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv