!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kriminal avtoritet səhvən həbsxanadan buraxıldı

!Reklam – Yazi

Braziliyada həbsxana personalının səhvinə görə, narkotik qaçaqmalçılığında ittiham edilmiş, “Pleyboy” ləqəbli məşhur kriminal avtoritet Leomar Oliveyra Barboza həbsxanadan azad edilib.

Yenicag.az bildirir ki, cinayətkar bir neçə cinayət işi üzrə cəza çəkirdi. Müdafiə tərəfi ittihamlardan birinə görə şikayət edib və müsbət rəy ala bilib. Rəyi alan həbsxana nəzarətçiləri təhlükəli məhbusu azadlığa buraxıb, hərçənd digər ittihamlara görə, o, bəraət almayıb.

Kriminal avtoritetin vəkili isə öz növbəsində, bəyanat verib ki, onun müştərisi günahsızdır və könüllü olaraq həbsxanaya qayıtmaq niyyətində deyil.

Zaur H.

www.yenicag.az

2235
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv