“Qanuni oğru”ların münasibətləri aydınlaşdırmaq üçün keçirdikləri görüşdə dava düşüb.
Yenicag.az Rusiya mediasına istinadən xəbər verir ki, avqustun 12-də Türkiyənin Hopa şəhərində baş tutan söhbətdə kriminal avtoritetlər Mindiya Qoradze (Lavasoğlu) və Ceyran Kintsuraşvili (Xonski) arasında insident yaranıb.
Görüş kamera quraşdırılmış otaqda keçirildiyindən orada baş verənlər anbaan lentə alınıb.
Kadrlardan görünür ki, Lavasoğlu ilə Kintsuraşvilinin “razborka”sında başqa “oğru”lar – Kako Landiya, Qiya Qoqeliani, Cumber Bayramidi (Bonço), Tamaz Kartsivadze (Kuso) və Paata Bakradze iştirak ediblər.
Söhbət zamanı yaranan mübahisədən sonra Qoqelianinin Ceyranın üstünə hücum çəkdiyi görünür. Masa ətrafındakılar onu saxlamaq istəsələr də, Giya Ceyrana zərbə endirir. Epizodun davamında isə Ceyran Giyanı yerə sərir. Özünü yetirən Lavasoğlu isə Ceyranı yerə yıxaraq, ona ayaqla zərbələr endirir. Bakradze onları çətinliklə aralasa da, sonra Lavasoğlu Ceyranın üzünə bir zərbə də vurur.
Bildirilir ki, kriminal avtoritetlər arasında gərginlik ötən il Ceyranın həbsxanada olan Lavasoğlunun arvadına erotik şəkillər göndərməsindən sonra yaranıb. Azadlığa çıxan Lavasoğlu buna görə Ceyranı döysə də, onun “oğru şərəfi”nə toxunmamışdı. Bu dəfəki davanın isə Ceyranın Lavasoğlu haqqında yalan məlumatlar yayması üzündən baş verdiyi deyilir.