!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Krımla bağlı qəbul edilən bu qətnamə elə sənəd olaraq qalacaq”- Deputat

!Reklam – Yazi

bmtBMT Baş Assambleyası Krımda insan haqlarının pozulmasını pisləyən və Rusiyanı beynəlxalq müşahidəçilərin yarımadaya daxil olmasına imkan verməyə çağıran qətnamə qəbul edib.

Məsələ ilə bağlı Yeniçağ.Az-a münasibət bildirən millət vəkili Asim Mollazadə deyib ki, beynəlxalq hüquq normaları ilə dövlətlərin ərazi bütövlüyü tanınır.

Onun sözlərinə görə, Ukrayna ərazisi də Krım daxil olmaqla BMT tərəfindən tanınıb:

“Lakin Krımın ilhaqından sonra beynəlxalq hüququn təsiretmə mexanizmlərinin Asim Mollazadə ile ilgili görsel sonucuişləmədiyi bir daha bəlli oldu. Əgər BMT-nin qəbul etdiyi qərarlar yerinə yetirilsəydi, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən qətnamələri icra olunardı. Təəssüflər olsun ki, bu qərarların işləmə mexanizmi yoxdur. Ona görə də hesab edirəm ki, Krımla bağlı qəbul edilən bu qətnamə elə sənəd olaraq da qalacaq”.

BƏXTİYAR
Yeniçağ.Az

www.yenicag.az

455
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv