Kriptovalyutaların populyarlığı dəyəri həddən artıq qiymətləndirilmiş aktivlərin almaq və daha yüksək qiymətə satmaqdan ibarət olan “böyük axmaq nəzəriyyə”dən irəli gəlir.
Yenicag.az xəbər verir ki, bunu Microsoft İT korporasiyasının təsisçisi Bill Qeyts bildirib.
Milyarderin fikrincə, kriptovalyuta bazarında həmişə “daha böyük axmaq” var ki, aktivi “başqa axmaqdan” alıb onu baha qiymətə satıb varlanmaq istəyir.
Microsoft-un qurucusu heç vaxt kriptovalyutalara və NFT-lərə mərc edən investorların tərəfdarı olmayacağını bildirib.