Kriptovalyuta bazarında dirçəliş: Yeni sistem yaradılır

Təxminən 200 milyard dollarlıq bazar dəyəri ilə “Bitcoin”dən sonra ikinci ən böyük kriptovalyuta olan “Ethereum” yeniləmə tətbiq edəcək.

Yenicag.az “Milliyet”ə istinadən xəbər verir ki, hazırda yüksək xərclər və yavaş əməliyyat müddətləri istifadəçilərin “Ethereum” şəbəkəsi ilə qarşılaşdıqları əsas problemlərdəndir. Bu baxımdan, nəzərdə tutulan yeniləmə əməliyyatları ucuzlaşdıracaq.

Yenilənmə prosesinin 15-19 sentyabr tarixləri arasında baş tutacağı gözlənilir. Təkmilləşdirmənin uğurla başa çatması “Ethereum”un bazarda qiymətini artıra bilər.

Gülşən