!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kriptovalyuta birjasında ani yüksəliş

!Reklam – Yazi

Dünyanın ən böyük kriptovalyuta birjası “Binance”də ötən gecə gözlənilməz yüksəliş baş verib.

Yenicag.az OilGas.az-a istinadən xəbər verir ki, Azərbaycan saatı ilə 00:40 radələrində kriptovalyutaların qiymətində hərəkətlənmələr başlayıb. Ucuz koinlərdən olan “Syscoin”in qiyməti 85% artaraq 0,24 dollardan 96 “Bitcoin”ə, yəni 630 min dollara qədərə yüksəlib. Birjada yaranmış bu qeyri-adi vəziyyətdən sonra “Binance” fəaliyyətini dayandırıb. Həmin vaxt birjada kapitalı olan istifadəçilər sistemə girə bilməyiblər.

Qeyd edək ki, “Binance” 5-14 iyul tarixləri arasında hadisədən zərərçəkmişlərdən əlavə istifadə haqqı tələb etməyəcək.

www.yenicag.az

1711
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv