Kriptovalyutanın qiymətində SIÇRAYIŞ – “Bitkoin” indi neçəyədir?

Son günlərdə ucuzlaşmaqda davam edən “Bitkoin”in qiyməti yenidən kəskin artıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bu gün kriptovalyuta birjalarında keçirilən hərraclarda “Bitkoin” 11 faiz bahalaşıb.

Maraqlıdır ki, “Bitkoin” günün birinci yarısında gündəlik minimuma – 43 min 292 dollara düşsə də, sonra bahalaşmağa başlayıb. Nəticədə 3,5 faiz bahalaşan “Bitkoin”in qiyməti 44 min 806 dollara yüksəlib.

Amma bu da kriptovalyuta üçün son olmayıb. Növbəti saatlarda artıq 6 faiz (ümumilikdə 11,3 faiz) bahalaşan “Bitkoin”in qiyməti 47 min 602 dollara çatıb.